08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Biznesmen oğlunun törətdiyi ölüm işini ört-basdır ediblər - Gizlinlər aşkara çıxır
Tarix: 12-10-2017 12:16 | Bölmə: Slayd

Bakıda üç il əvvəl iş adamının oğlunun yüksək sürətlə idarə etdiyi avtomobillə vurularaq öldürülən Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovun ölüm işinin ört-basdır edilməsinin yeni təfərrüatları üzə çıxab.
Məlumata görə, "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində ağır qəza törədib.
Reyting.az saytı virtualaz.org-a istinadla xəbər verir ki, həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, "Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib. Lakin onun "öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır ediblər.
Nəticədə biznesmenin oğlu törətdiyi hadisəyə görə məsuliyyətdən kənarda qalıb. Və belə görünür ki, onun hansısa yollarla təmin etdiyi “toxunulmazlıq statusu” son vaxtlar bir-birinin ardınca qəzalar törədib insan ölümlərinə səbəb olan məmur, general övladlarının statusunu da üstələyib. Çünki son bir neçə ayda Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Novruzəli Orucovun oğlu kimi yüksək mənsəbli şəxslərin ailə üzvləri törətdikləri səs-küylü cinayətlərə görə həbs olunublar. Bu da ondan irəli gəlir ki, prezident İlham Əliyev məmurların ailə üzvlərinin törətdikləri əməllərə görə cəzasız qalmayacağını, hər kəsin qanun qarşısında bərabər olduğunu qəti bəyan edib. Belə hallara qarşı barışmaz mövqe ortaya qoyub. İndiki halda isə biznesmen oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olublar.
Xatırladaq ki, bu hadisənin ört-basdır edilməsi "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, "Riyad” özəl mühafizə şirkəti əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir.
Polkovnikin ölümünün ört-basdır edilməsi faktının bu münaqişədən sonra KİV-lərə sızdırılması ola bilsin ki, təsadüf deyil. Lakin bu, məsələnin daha az ictimai maraq kəsb edən hissəsidir, əsas olanı budur ki, nüfuzlu iş adamının oğlu Bakıda ölümlə nəticələnən yol qəzası törədib və bu hadisəyə görə hələ də məsuliyyətə cəlb olunmayıb. Niyə? Necə olub ki, 3 tondan çox ağırlığa malik, yüksək sürətlə hərəkətdə olan “CEER”-in vurub xurd-xəşil etdiyi piyada hospitala aparılandan və orada keçinəndən sonra onun "öz əcəli ilə öldüyü” qənaətinə gəliblər?
Qeyd edək ki, az qala hər gün ölümlə nəticələnən piyada vurulması hadisələrinin baş verdiyi Bakıda 2014-ci ildə baş vermiş həmin hadisə geniş ictimai maraq kəsb etməyib. Belə hadisələr adiləşdiyindən KİV-lər onu araşdırmağa lüzum görməyib və piyadanın vurulması haqda xəbər lentlərində qısa məlumatdan başqa təfərrüatlar da yer almayıb. Lakin həmin məlumatlarda qısaca da olsa göstərilirdi ki, piyada aldığı xəsarətlərdən xəstəxanada keçinib. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı ilə münaqişəyə görə gündəmə gəlib və fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, "ürək tutmasından” ölüb.
Bəs biznesmen oğlunun avtomobillə vurduğu piyada hansı xəsarətlər almışdı?
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının hüquqşünas sorğusuna verdiyi cavabda göstərilir ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu 18.05.2014-cü il tarixdə ağır vəziyyətdə (!) hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmamışdı. Lakin Baş Klinik Hospitalın cavabında qeyd edilir ki, aparılmış reanimasyon tədbirlərə baxmayaraq xəstədə "bioloji ölüm” (?) qeydə alınıb və o, kəskin ürək-damar çatışmazlığından vəfat edib.
Göründüyü kimi, ağır bədən xəsarətləri alan xəstə hospitala daxil olur və o, daha sonra "öz əcəli ilə”, yaxud "qəfil ürək tutmasından” ölür. Burada məntiq haradadır? Açıq-aşkar şübhə yaranır ki, həkimlər xəstənin aldığı ağır fiziki xəsarətlərdən öldüyünü ört-basdır etmək üçün "bioloji ölüm” barədə rəy veriblər?
Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsindən isə bildiriblər ki, hadisə ilə bağlı cinayət işi CM-nin 263.2-ci maddəsinə əsasən başlanılıb (ölümlə nəticələn agır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.
MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi isə zabitin meyitinin məhkəmə-tibbi ekspertizasını keçirməyə nəyə görəsə lüzum görməyib. Hansı ki, Mərkəzi Klinik Hərbi Hospitalın həkimlərinin verdiyi rəyə əsasən avtomobillə vurulmuş piyadada aşağıdakı ağır fiziki xəsarətlər var idi:
hər iki ağciyərin pulmoniti, sağ 4 qabırğanın, sağ körpücük sümüyünün diafizin yerdəyişməsi, köndələn sınığı, hər iki oma-qalça birləşməsinin və sinfizin cırılması, sağ sirkə kasasının damının, sağ qasıq sümüyünün hər iki şaxəsinin qəlpəli yerdəyişmiş sınıqları, sol baldır sümüklərinin sınıqları, travmatik-hemorragik 2-ci dərəcəli şok.
Tibbi savadı olmayanlara belə aydındır ki, əgər insan bu cür ağır fiziki xəsarətlər alırsa onun yaşamaq şansı qalmır. Lakin həkimlər bütün bu fiziki xəsarətləri bir kənara qoyaraq xəstənin "ürək tutması” nəticəsində "biloji ölümünün” baş verdiyini göstəriblər. Doğrudanmı bu rəyi verənlər işin qapalı qalacağına əmin idilər və faktın nə zamansa mətbuata çıxacağını nəzərə almamışdılar?
Digər tərəfdən, qəzada vurulan piyada ordunun zabiti olduğundan işi Hərbi Prokurorluq da apara bilərdi, ancaq buna lüzum görülməyib. Və işə "cinayət tərkibi olmadığı” üçün xitam verilib. Xaliq Seyidov isə törətdiyi əmələ görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyərək azadlıqda gəzir. Nəyin və hansı görünməz qüvvənin sayəsində? Bu, hansı təhlükəli presedenti yaradır? Əgər sürücü imkanlıdırsa və atası biznesmendirsə yolda piyadanı vurub öldürə və heç bir gün də olsa həbsdə yatmaya bilər? O zaman Bakı piyadalarının vay halına. Onlar doğrudan da hər gün belələrinə görə həyatlarını riskə atmış olurlar...
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb