İlham Əliyev Şahbazovu nazir təyin edib - Sərəncam
Tarix: 12-10-2017 18:33 | Bölmə: Slayd
İlham Əliyev Şahbazovu nazir təyin edib

Bu gün prezident İlham Əliyev nazir təyinatı ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Reyting.az-ın xəbərinə görə, P.Şahbazov əvvəllər Azərbaycan Respublikasını müxtəlif ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərdə təmsil edib.

P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri vəzifəsində çalışıb. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var.

Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyası İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.

Xatırladaq ki, keçmiş energetika naziri Natiq Əliyev bu ilin iyun ayının 9-da dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}