12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Orta məktəb dərsliyində daha bir nöqsan aşkar edilib - Foto
Tarix: 16-10-2017 12:09 | Bölmə: Slayd
Orta məktəb dərsliyində daha bir nöqsan aşkar edilib

Son günlər Azərbaycanın orta məktəb dərslikləri ilə bağlı ciddi problemlər ortaya çıxır. Belə problemlərdən biri də 4-ci sinif “Azərbaycan dili” dərsliyində aşkar edilib.

Reyting.az-ın xəbərinə görə, unikal.org-un araşdırması zamanı 4-cü siniflər üçün “Azərbaycan dili” dərsliyinin 41-ci səhifəsinin "Düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verildiyi bəlli olub.

Belə ki, dəsrlikdə tapşırıq mətni əks istiqamətdə çap edilib ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.

Qeyd edək ki, "Azərbaycan tarixi” və "Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.
Orta məktəb dərsliyində daha bir nöqsan aşkar edilib




Bölməyə aid digər xəbərlər