00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Ərdoğan Putinlə "böyük sülhü” müzakirəyə çıxaracaq; Qarabağın qaşılığında yeni şərtlər müəyyənləşib
Tarix: 06-11-2017 14:51 | Bölmə: Slayd

“Türkiyə prezidenti Rəcəb Təyyəb Ərdoğan il ərzində rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə görüşüb, fikir mübadiləsi aparır. Ancaq növbəti görüş fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var. Ərdoğan Putinlə budəfəki görüşünü əsasən iki mövzuya həsr etmək istəyir”.
Reyting.az-ın məlumatına görə, bu haqda "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.
Təhlildə qeyd olunur ki, görüşdə birinci mövzu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq:
"Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmiryolunun açılışından sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında dedi ki, Putin istəsə Qarabağ münaqişəsini qısa müddətdə həll etmək olar.
Ərdoğan bu açıqlaması ilə ona işarə edib ki, Ermənistan tamamən Rusiyadan asılıdır. Və Kreml sahibinin istəyi yetər ki, Ermənistan prezidentinin kimliyindən asılı olmayaraq İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bu belədir. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək.
Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Yəni bu maddə sazişə salınmasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın "aralıq status”na və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təmatına razılaşa bilər. Ancaq Kreml üçün bu azdır”.
Təhlildə bildirilir ki, Rusiyanın hakimiyyət dairələrində Azərbaycan üçün hazırlanan plan təxminən belədir:
“Rusiya Ermənistan hakimiyyətini razı salaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edir, "aralıq status” mexanizmi hazırlanıb işə düşür, bölgə üçün yazılı təhlükəsizlik təminatı verilir”.
Bunun əvəzində rəsmi Bakıdan aşağıdakıların yerinə yetirilməsi istənilir:
1. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olur;
2. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olur;
3. Başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilir.
Bildirilir ki, Azərbaycan 5 rayonun qeyri-şərtsiz boşaldılması əvəzinə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini nəzərdən keçirə bilər.
Digər iki şərtin Azərbaycan üçün ağır olduğu qeyd edilir: “Buna baxmayaraq, 3-cü şərti də istisnalarla bu şəkildə qəbul etmək olar ki, Rusiya sülhməramlılarının sayı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri - Qazaxıstan və ya Belarus sülhməramlılarının sayından çox olmamalı, üstəgəl, Türkiyə hərbçiləri də eyni sayda Dağlıq Qarabağda yerləşdirilməlidir. 5 rayonun boşaldılmasından başqa qısa müddətdə digər 2 rayonun boşaldılması da təmin edilərsə və azərbaycanlı məcburi köçkünlərin tamamı Dağlıq Qarabağa qayıdarsa, üstəgəl, referendum şərti irəli sürülməzsə, Azərbaycanın müşahidəçi statusunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı nəzərdən keçirilə bilər. Yetər ki, işğala son qoyulsun və erməni separatçıları müstəqillik tələblərindən vaz keçsinlər”.
Bölgədə 3 böyük layihədən birinə start verildiyini yazan Mərkəzin təhlilində qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi, üstəgəl şimal-cənub dəhlizi adlandırılan Rusiya-Azərbaycan-İran dəmiryolunun işə düşəcəyi tarixə də çox qalmayıb: “Bu da işə düşdükdən sonra TAP və TANAP layihələrinə start veriləcək və Azərbaycan qazı Avropaya daşınacaq. Ermənistan bütün bu layihələrdən təcrid olunub. İrəvan strateji planlaşdırmada nə qədər kasad olsa da, anlayır ki, böyük regional layihələrdən təcrid Ermənistanı uçuruma aparır. İrəvanda Azərbaycanın hər il silahlanmaya milyardlarla dollar xərcləməsinin məqsədini də anlamamış deyillər. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını azad edib Dağlıq Qarabağa yüksək muxtariyyətlə kifayətlənməklə həm özünü xilas etmək imkanı qazanacaq, həm regional layihələrə qoşula biləcək, həm də Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrini bərpa edəcək”.
"Atlas” qeyd edir ki, Ərdoğan Putinə "böyük sülhün” bu üstünlüklərini anlatmağa çalışacaq. Lakin Türkiyə liderinin rusiyalı həmkarı ilə müzakirə edəcəyi başqa mövzu da var.
"Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq "Türk axını” layihəsi sürətlə irəliləyir və boruların böyük hissəsi artıq Qara dənizin dibinə döşənib. Ərdoğan Putindən xahiş etmək istəyir ki, Rusiya Xəzərin dibi ilə də boru xəttinin inşasına mane olmasın və Türkmənistan qazı Azərbaycan və Türkiyə üzərindən Avropaya daşına bilsin. Ərdoğan Kremlin "Xəzərin dibindən boru xəttinin çəkilməsi ekologiyaya zərər vura bilər”,- bəhanəsindən imtina edəcəyinə ümidlidir. Rusiya Şimal dənizinin və Qara dənizin dibi ilə boru xətti çəkirsə və bu ekologiyaya heç bir zərər vurmursa, Xəzərin dibi ilə çəkilən boru xətti niyə ekologiyaya zərər vurmalıdır?
Sadəcə Kreml Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəmir. Yeganə izah budur.
Ancaq Avropa bazarı böyükdür və hamının qaza ehtiyacı var. Digər tərəfdən, Avropa Rusiyanın qaz bazarından asılılığını azaltmaq istəyir və bunu Kremldə də bilirlər. Rusiya öz qazının tamamını Avropaya sırımaqda çətinlik çəkir. Brüssel də Ankara kimi istəyir ki, Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınsın”.
Təhlildə qeyd edilir ki, Xəzərin dibi ilə boru xəttinin tikintisinə süni əngəllər yaratmaq Putinin özünün səsləndirdiyi yanaşmaya ziddir: “Rusiya prezidenti hər zaman deyir ki, azad rəqabətin tərəfdarıdır. Putin bu cümləni tez-tez ona görə təkrarlayır ki, ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb özünün sıxılmış qazını satmaq istəyir. Deməli, məntiqlə Putin başqalarına da öz qazını Avropaya çatdırmaqda mane olmamalıdır. Yoxsa onun tənqid etdiyi Vaşinqtondan fərqi olmayacaq.
Putinin Ərdoğanın "Dağlıq Qarabağ münaqişəsini həll edək, bu hamının xeyrinədir”,- təklifinə necə cavab verəcəyi yuxarı-aşağı bəllidir, şərtlər ortadadır.
Türkmənistan qazının Avropaya çatdırılması məqsədilə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyinə necə cavab verəcəyi haqqında isə səhih məlumat yoxdur. Ancaq şübhəsiz, Putin bunun qarşılığında da Ərdoğandan nəsə istəyəcək və bu istək miqyasına görə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyindən az olmayacaq.
Beləliklə, növbəti Ərdoğan-Putin görüşünə hər iki tərəf ciddi hazırlaşır. Ərdoğan hər iki təklifi ilə bağlı Putindən müsbət cavab alarsa bu, bölgədə radikal dəyişikliklərə yol açacaq. Əks halda vəziyyət dəyişməyəcək, adəti üzrə atəşkəs intensiv pozulacaq, snayperlər həmişəki kimi işləyəcək, müharibə ehtimalı da azalmayacaq”.
Bildirilib ki, Ərdoğan Putinlə görüşdən sonra böyük ehtimalla azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək ki, Kreml sahibi ilə danışıqlar barədə onu məlumatlandırsın.
"Eyni məntiqlə də Putin erməni həmkarı Serj Sarkisyanla görüşəcək. Çünki bu dəfə görüş Cənubi Qafqazdakı problemlərin kompleks həllinə həsr olunub”.
Bölgədə sabitliyin, davamlı inkişafın və əməkdaşlığın təminatı üçün optimal həll variantı aşağıdakı kimi göstərilir:
“Birincisi, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilir, rayonlar boşaldılır və məcburi köçkünlər geri qayıdır, bölgədə geniş tərkibli sülhməramlı qüvvələr yerləşdirilir, Dağlıq Qarabağ erməniləri ya geniş muxtariyyətə, ya da "aralıq statusa” malik olurlar.
İkincisi, birinci şərtin yerinə yetirilməsi Azərbaycanın və Türkiyənin Rusiya ilə regional əsasda əməkdaşlığını gücləndirir.
Üçüncüsü, Ermənistanın təcridinə son qoyulur və bu ölkənin regional layihələrdə iştirakı təmin edilir. Bu mənada Rusiya-Azərbaycan-Ermənistan dəmiryolunun bərpası da müzakirə oluna bilər.
Dördüncüsü, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilişinə mane olmur və Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınır.
Bu planın işləməsi üçün Kreml Ərdoğanın təklifləri ilə razılaşaraq İrəvana təsir etməli və enerji bazarında azad rəqabətə üstünlük verdiyini göstərməlidir. Seçim Putinindir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb