10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dövlət başçılarının görüşü başa çatıb - Fotolar
Tarix: 27-12-2017 10:05 | Bölmə: Slayd
Dövlət başçılarının görüşü başa çatıb

MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb.

Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin Birlik ölkələrinin sosial-iqtisadi inkişafı, dövlətlərin sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qərarlar üzərində bundan sonra da çalışacaqlarını bildirib:

"Şadam ki, Yeni il qabağı, razılaşdığımız kimi, qeyri-rəsmi şəraitdə ötən ilə, MDB çərçivəsində birgə görülən işlərə yekun vurmağa, perspektivdəki planlar barədə danışmaq, regional və dünya gündəmini müzakirə etmək üçün toplaşmağa nail olduq".

Rusiya prezidenti MDB ölkələrinin terrora, transsərhəd cinayətkarlıq və narkotrafikə qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirdiyini vurğulayıb.

Daha sonra digər dövlət başçıları çıxış edib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, görüşdə Azərbaycan prezidenti İlham Əliyev də nitq söyləyib.

İ. Əliyev deyib ki, Rusiya dünya miqyasında stabilləşdirici faktordur:

“Rusiya - MDB-ni birlşdirən ölkə, Birliyin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir.

Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu ictimai razılığa söykənir", - deyə İlham Əliyev vurğulayıb.

İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini də söyləyib:

"Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfesiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur".

Daha sonra MDB liderlərinin görüşü bağlı qapılar arxasında davam edib.

Dövlət başçılarının görüşü başa çatıbDövlət başçılarının görüşü başa çatıb
Dövlət başçılarının görüşü başa çatıb
Dövlət başçılarının görüşü başa çatıb
Dövlət başçılarının görüşü başa çatıb
Dövlət başçılarının görüşü başa çatıb




Bölməyə aid digər xəbərlər