10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Fazil Məmmədovun villalarından biri yanıb - Fotolar
Tarix: 28-12-2017 09:52 | Bölmə: Slayd
Fazil Məmmədovun villalarından biri yanıb

Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun Göygöl rayonunun Üçtəpə qəsəbəsindəki villalarından birində dəhşətli yanğın baş verib.

Bildirilir ki, sözügedən ərazidə, Üçtəpənin girişinə yaxın hissədə böyük - qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət var.

Üçtəpədə - vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşdiyi hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünüb. Jurnalistlər sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirmiş. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalışıb.

Kənd sakinləri də yanğınsöndürənlərə kömək edib./Musavat.com/

Fazil Məmmədovun villalarından biri yanıb
Fazil Məmmədovun villalarından biri yanıb
Fazil Məmmədovun villalarından biri yanıb
Fazil Məmmədovun villalarından biri yanıb
Fazil Məmmədovun villalarından biri yanıb
Fazil Məmmədovun villalarından biri yanıb
Fazil Məmmədovun villalarından biri yanıb




Bölməyə aid digər xəbərlər