10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Mikayıl Cabbarovun birinci müavini istefa ərizəsi yazıb; Nazirlikdə istefalar başlayır
Tarix: 28-12-2017 10:05 | Bölmə: Slayd
Mikayıl Cabbarovun birinci müavini istefa ərizəsi yazıb; Nazirlikdə istefalar başlayır

Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra nazirlikdə istefaların başladığı bildirilir.

Məlumata görə, artıq vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib.

Reyting.az saytı unikal.org-a istinadla xəbər verir ki, S. Məmmədxanov artıq istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.

Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.




Bölməyə aid digər xəbərlər