Qazaxıstanın işğal ssenarisi - Prosesdə təkcə ordu iştirak etmir, təlxəklər də öndə gedir
Tarix: 08-01-2022 12:59 | Bölmə: Slayd
Qazaxıstanın işğal ssenarisi - Prosesdə təkcə ordu iştirak etmir, təlxəklər də öndə gedir

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında Qazaxıstana soxulması dünya ictimaiyyətinin əsas müzakirə mövzusudur və təbii ki, demokratik cəmiyyətlər bu işğal faktını pisləyir.

Reyting.az
xatırladır ki, yanvarın 4-də Qazaxıstan prezidenti Kasım Comard Tokayev KTMT-yə müraciət edərək yardım istəyib və müraciətin üzərindən bir sutka keçməmiş Rusiya desant birləşmələri Qazaxıstana daxil olmağa başlayıb. Bu isə işğal faktı kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Rusiya Qazaxıstana soxulmasına haqq qazandırmaq məqsədilə KTMT Nizamnaməsinin 4-cü maddəsini əsas gətirir. KTMT hərbi ittifaq hesab olunur və ittifaqın Nizamnaməsinin 4-cü bəndinə əsasən bu qurum üzv ölkələrə xarici müdaxilə baş verdiyi təqdirdə onun müdafiəsinə qalxmalıdır.

Rusiyanın Qazaxıstan dövlətini qazax xalqından “qorumaq” üçün bu ölkənin ərazisinə soxulması ilə bağlı əsaslandırmaları qeyri-ciddi və absurddur. Halbuki Qazaxıstanda sadəcə etiraz aksiyaları olub, insanlar sosial tələblərə küçələrə çıxıb. Ən vacibi isə odur ki, aksiyanın ən güclü keçirildiyi Almatı şəhərində küçələrdə cəmi 10 minə yaxın etirazçı olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin isə 150 minə yaxın polis gücü, 200 minə qədər ordusu var. Hüquq-mühafizə orqanlarının digər qollarını, habelə Daxili Qoşunları da buraya əlavə etsək, bu zaman tam aydın olur ki, ölkədə baş verən ixtişaşları yatırmaq üçün Qazaxıstan hakimiyyətinin kifayət qədər resursu olub. Buna baxmayaraq Rusiya aksiyaları bəhanə edərək bu ölkəyə ordu yeridib. Rusiyanın bu addımı KTMT Nizamnaməsinin pozulmasıdır və bunu hansısa formada legitimləşdirmək mümkün deyil. Bu təcavüzə dünyanın başqa dövlət və qurumlarının reaksiyası da göstərir ki, Rusiya Qazaxıstana sülhməramlı deyil, işğalçı kimi daxil olub.

Amma burada əsas məsələ qazax xalqının yadelli orduya olan münasibətidir. Hadisələrin inkişafı deməyə əsas verir ki, qazax xalqı bu işğalla barışmayacaq.

Yeri gəlmişkən, Rusiyanın Qazaxıstana işğalçı kimi gəlməsini sübut edən arqumentlərin sayı-hesabı yoxdur. Əvvəla 5 ilə yaxındır ki, Rusiya siyasi elitasının müxtəlif xadimləri Qazaxıstanın şimal torpaqlarına iddia edir, bunu açıq formada dilə gətirirlər. Elə noyabrdan başayaraq Kremlə bağlı olan media qurumları Qazaxıstana qarşı kampaniyaya start vermişdi. Kreml plan və niyyətlərini özü dilə gətirməsə də, qeyri-rəsmi sözçüləri vasitəsilə açıqlayırdı.

Kremlin bəzi fikir və niyyətlərinin ictimailəşdirilməsində xüsusi rolu olan LDPR lideri, təlxək-siyasətçi Jirinovski iddia edir ki, Qazaxıstanın torpaqları olmayıb və bütün ərazilər Rusiyaya məxsusdur.

Kremlin Qazaxıstana qarşı kampaniyasının iştirakçıları arasında Jirinovski ilə yanaşı Milonov və Zatulin də var. Bu şəxslər təkcə Qazaxıstanın işğalı prosesində aktiv olmayıblar, eyni zamanda ideoloji kampaniyanın aparıcıları kimi ortaya çıxarılıblar. Adı çəkilən bu şəxslər Rusiyanın Ukraynaya təcavüzü zamanı da fəallıq göstərirdilər. Yəni harada rus imperializminə qarşı müqavimət və mübarizə varsa, bu şəxslərə dərhal “hücum” tapşırılır, ayrı-ayrı dövlət və xalqlara qarşı qara piar kampaniyasına start verilir.

Məsələn, Jirinovskinin bir zamanlar Bakıda erməniləri, İrəvanda və Moskvada azərbaycanlıları pisləməklə ikiüzlülük etməsi çox uzaq tarixə aidə deyil. Eyni zamanda Jirinovski Bakıda prezident Əliyevin qəbulunda az qala çənəsi yerə dəyənə qədər əyilməsini kameralar vasitəsilə cəmiyyətimiz müşahidə etsə də, sonradan Əliyevə qarşı qarayaxma kampaniyaısının önündə gedirdi.

Rusiya Dövlət Dumasının üzvü Vitali Milanova gəldikdə, bu şəxs dəfələrlə Azərbaycanın qanuni ərazisi olan Xankəndi şəhərinə qeyri-qanuni yolla səfər edib, orada separatçılarla poz verərək fotolar çəkdirərək sosial şəbəkələrdə yaydırıb. Milanov əslində əxlaq və siyasi mədəniyyət baxımından Jirinovski “şkolası”nın davamçısı hesab olunur və davranışları səbəbindən dəfələrlə Rusiyada döyülüb. Bir zamanlar ölkəsinin mediası onu gülüş hədəfinə gətirərək yazırdı ki, deputat Rusiyanın rəsmi simvolu kimi indiki ağ-göy-qırmızı bayrağın əvəzinə “imperator” adlanan qara-sarı-ağ bayraq təklif edib.

Belə şəxslər sırasında deputat Konstantin Zatulin də var. O, həm Qazaxıstanın işğalından əvvəl, həm də sonra xüsusi diqqət mərkəzinə düşüb. Bu şəxs deputat seçildiyi gündən indiyə qədər Qarabağdakı erməni separatçılarına açıq dəstəyi ilə də özünü göstərib.

Beləcə, Qazaxıstanın işğalı prosesində təkcə ordu iştirak etmir, həm də üç təlxək öndə gedir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}