2022-ci ildən gözləntilər... - Mehman Əliyevin proqnozları necədir?
Tarix: 11-01-2022 13:40 | Bölmə: Slayd
2022-ci ildən gözləntilər... - Mehman Əliyevin proqnozları necədir?

“ABŞ və Rusiya dil tapıb, bu istiqamətdə addımlar ata bilirsə, əməkdaşlıq varsa, bu o deməkdir ki, dünyada proseslər sakit məcrada inkişaf edəcək. Buna paralel olaraq tezliklə post-pandemiya mərhələsinə daxil olacağıq. Bu da o deməkdir ki, böyük iqtisadi dirçəliş baş verəcək. Beləcə, hər kəsin başı daha çox pul qazanmağa, ticarət əlaqələrinə, iqtisadi proseslərə qarışacaq”.

Bunu Reyting.az-a analitik Mehman Əliyev “2022-ci ildə dünyada gərginlik, yoxsa sabitlik olacaq”,- sualına cavabında deyib.

M. Əliyev 2022-ci ildə Qarabağ, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan mövzusunda proqnozlar da verib.

Onun sözlərinə görə, 2022-ci il əsas istiqamət Zəngəzur dəhlizinin açılması, regional kommunikasiyaların işlək vəziyyətə gətirilməsi ilə bağlı olacaq.

M. Əliyevin fikrincə, 2022-ci ildə eyni zamanda Azərbaycan və Ermənistan arasında delimitasiya və demorkasiya prosesi baş verəcək: “Bununla bağlı tərəflərin mövqeyi var. Üçtərəfli komissiya bu istiqamətdə də çalışır. Eləcə də vacib istiqamətlərdən biri Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzlanması məsələsi olacaq. Proseslər əsasən bu istiqamətdə irəliləyəcək.

Qarabağ məsələsinə gəldikdə, hazırda nəzarət etdiyimiz ərazilərdə yenidənqurma və bərpa işləri davam etdiriləcək. Xankəndi şəhərindəki ermənilər də yetim durumda qalacaqlar”.

Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərinə bağlı olduğunu bildirən M. Əliyev diqqətə çatdırıb ki, bu proseslər paralel gedir:

“Əslində Ankara-İrəvan münasibətlərinin yaxşılaşması, yolların açılması regiona müsbət təsir göstərəcək, o cümlədən Qarabağ məsələsinin həllini tezləşdirəcək. Bu mənada hesab edirəm ki, Ermənistan-Türkiyə münasibətləri istiqamətində də addımları müşahidə edəcəyik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}