Blinken: “ABŞ və NATO Rusiya ilə dialoqu davam etdirməyə hazırdır”
Tarix: 15-01-2022 09:40 | Bölmə: Slayd
Blinken: “ABŞ və NATO Rusiya ilə dialoqu davam etdirməyə hazırdır”

Amerikanın dövlət katibi Entoni Blinken özünün “Twitter” səhfəsində bəyan edib ki, ABŞ və NATO Rusiya ilə bundan sonra da qarşılıqlı dialoqu davam etrdirmək niyyətindədir və vahid mövqedən çıxış edəcəklər.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, cənab Blinken NATO-Rusiya Şurasından sonra hərbi alyansın Baş katibi Yens Stoltenberqlə fikir mübadiləsi etdiklərini və dialoq məsələsində eyni mövqedə olduqlarına görə sevindiyini açıqlayıb.

Xatırladaq ki, həftənin bazar ertəsi Rusiya və ABŞ-ın Xarici işlər nazirləri Cenevrədə strateji sabitliyə dair dialoqun yeni raundunu keçirdilər. Bir gün sonra Brüsseldə Rusiya-NATO Şurasının toplantısı düzənləndi. İki gün əvvəl isə ATƏT-in Vyana platformasında təhlükəsizliklə bağlı məsləhətləşmələr aparıldı. Bu üç diskussiyanın əsas hədəfi Ukraynada böhranın dərinləşməsi fonunda Kremlin hələ ötən ilin sonlarında təhlükəsizliklə bağlı Ağ Evə və NATO rəhbərliyinə verdiyi təkliflərin müzakirəsi idi. Təəssüf ki, tərəflər yuxarıda qeyd olunan məsələlərin heç biri üzrə ümumi razılıq əldə edə bilməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}