12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin yeni planı: 80 şəhər su altında qala bilər
Tarix: 24-10-2022 08:47 | Bölmə: Slayd
Putinin yeni planı: 80 şəhər su altında qala bilər

Rusiya qoşunları son günlər Ukraynanın yaşayış məntəqələrinə hücumları yenidən intensivləşdirib. Bundan sonra Qazaxıstan, Çin və İran Ukraynadakı vətəndaşlarına dərhal bu ölkəni tərk etməyi tövsiyə edib.

Reyting.az
-ın xəbərinə görə, Almaniyanın “Bild” qəzeti Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələr quran Hindistan, İran, Çin və Qazaxıstanın bir-birinin ardınca oxşar bəyanatlar və xəbərdarlıqlar etməsinə diqqət çəkib.

“Bu ölkələr Putinin planları haqqında nə qədər məlumatlıdırlar? Bu çağırışlar Rusiya tərəfindən Ukraynanın infrastrukturuna hücum ediləcəyi barədə şayiələr yayılan vaxtda oldu”,- “Bild” yazıb.

Alman mediasında qeyd olunur ki, Kaxovka bəndi dağılacağı təqdirdə 80 yaşayış məntəqəsi su altında qala bilər.

Bəzi mənbələr “Bild”-ə deyiblər ki, Putinin müttəfiqləri əvvəlcədən bəzi məlumatlara çıxış əldə ediblər, lakin Rusiya bütün məlumatları paylaşmayıb.

Bu arada Putinin Ukrayna ilə bağlı yeni planları beynəlxalq ekspertlər və Qərb ölkələri tərəfindən ciddi narahatlıqla qarşılanır.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bəyan edir ki, Rusiya ordusu geri çəkilməsini ört-basdır etmək və Ukrayna qoşunlarının Xerson vilayətinin dərinliklərinə doğru irəliləməsinin qarşısını almaq üçün Kaxovskaya Su Elektrik Stansiyasının (SES) bəndini partlatmağa cəhd edə bilər.

Analitiklər vurğulayırlar ki, Krımın su təchizatı ilə bağlı narahatlıqlar səbəbindən rus qoşunlarının bəndi partlatmayacağı ilə bağlı istənilən bəyanatlar absurd hesab olunur.




Bölməyə aid digər xəbərlər