12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Azərbaycanın hərbi təlimləri İrana cavabdır”
Tarix: 03-11-2022 17:10 | Bölmə: Slayd
Deputat: “Azərbaycanın hərbi təlimləri İrana cavabdır”

“İran ordusu Azərbaycanla sərhəddə - Araz çayı boyunca hərbi təlimlər keçirəndə, dedim ki, bizim ordumuz da belə təlimlər keçirə bilər və buna normal yanaşmaq lazımdır. Hazırda ordumuz təlimlərə başlayıb. Əslində proseslər göz qabağında idi və analitiklər belə bir addımı gözləməliydi”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Azərbaycan Ordusunun ölkənin cənub sərhədlərində keçirdiyi hərbi təlimlərdən danışarkən deyib.

Bu təlimləri müsbət qiymətləndirən deputat əlavə edib ki, Azərbaycanın bu addımı İrana cavabdır.

Onun sözlərinə görə, İran bilməlidir ki, onun güc nümayişi Azərbaycanı qorxutmur və indi bunun cavabını alır.

R. Musabəyov deyib ki, Azərbaycn Ordusu əvvəllər də ölkənin cənubunda təlimlər keçirib, amma bu şəkildə yox.

İran spikerinin Bakı səfərinin münasibətləri düzəltmək baxımından hansı əhəmiyyətə malik olmasına gəldikdə, Musabəyov diqqətə çatdırıb ki, həmin səfərlə bağlı heç bir məlumatı yoxdur: “Mən mətbuatda bu səfər barədə oxumadım. Bilmirəm belə səfər olub, ya yox. Əgər gəlib-gedibsə də, elə sönük səfər olub ki, heç mətbuat da bundan yazmayıb”.

Deputat İran mediasında Ermənistan baş naziri Nikol Paşinyanla paralel olaraq Azərbaycan prezidentinin də İrana səfərə dəvət edilməsi haqda məlumatları da şərh edib: “Bəyəm biz Paşinyanla paralel İrana gedəsiyik? İran mediası nə yayıbsa, özü bilər. Bizə İranın vasitəçiliyə bənzər fəaliyyəti lazımdırmı? Mən hesab edirəm ki, buna ehtiyac yoxdur. İranın vasitəçiliyini 1992-ci ilin mayında görmüşük və onu unutmuruq. Ona görə, dəvət ediblərsə də, biliblər ki, bu, nəinki qəbul olunacaq, heç cavab belə almayacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər