12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Cəlaloğlu: “Azərbaycan-Ermənistan probleminin həllində ikili standartlardan istifadə olunur”
Tarix: 06-11-2022 21:24 | Bölmə: Slayd
Cəlaloğlu: “Azərbaycan-Ermənistan probleminin həllində ikili standartlardan istifadə olunur”

“ABŞ və Avropanın bölgədəki addımları fundamental əsaslara malik deyil, daima qərəzli mövqedə durur, problemin həllinə dair beynəlxalq təcrübəni əsas götürmək istəmirlər. İndiyə qədər xristian həmrəyliyindən çıxış etməyə, eləcə də erməni lobbisinin arzularına uyğun addımlar atmağa çalışıblar. Bu da Avropanın ədalətli mövqeyinə, problemin həllinə nail olunacağına dair ümidlərə şübhə yaradır. Nə qədər ki, ABŞ beynəlxalq hüququ tətbiq etmir, bölgədə ədalətin müdafiəsində dayanmır, dini təəssübkeşliyə yaxın, qanunlara zidd fəaliyyət göstərirsə, belə platformada problem həll edilməyəcək”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu buna konkret nümunə də göstərir:

“Prezident İlham Əliyevin razılığı əsasında Fransa prezidenti Emmanuel Makron gəlib Praqada vasitəçi oldu. Sonra da elə bəyanat verdi ki, Errmənistan özü indiyə qədər belə bəyanat verməmişdi. Makron iddia etdi ki, guya biz Qarabağı işğal etmişik, təcavüz törətmişik və s. Bu cür mövqedə olan Avropa hansı ədalətli sülh platformasından danışa bilər?”.

ADP sədri əlavə edib ki, əgər Qərb “xristianı müdafiə edəcəyəm”,- düşüncəsi ilə hərəkət edəcəksə, erməni lobbisinin pulu və öz seçkisini həll etmək naminə səfeh bəyanatlar verəcəksə, bununla qanlı münaqişələrə səbəb olacaq və münaqişələr tezliklə həll edilməyəcək: “İndiki halda Qərbin səhvi odur ki, beynəlxalq hüquqa istinad etmir və ədalətli mövqe tutmur. Əgər tutsaydı çoxdan Ermənistan və Azərbaycan arasında münaqişə yoluna qoyulardı və bu bölgə də Avropaya inteqrasiya olunardı. Amma təəssüflər olsun ki, Qərb elə yanlış addımlar atır, ikili standartlar aparır ki, deməyə söz tapmırsan. Biz görürük ki, burada xristian təəssübkeşliyi, ikili standartlar var, erməni lobbi qruplarının maraqlarına uyğun addımlar atılır”.

S. Cəlaloğlu son bir ayda Moskvadan Ermənistan ermənilərinə müəyyən mesajlar verildiyinə də diqqət çəkib:

“Ermənistan Putin Rusiyasının mesajları əsasında hərəkət etmir. Rusiya məlum mesajları ilə Ermənistanda güclənən anti-Rusiya əhvalını dayandırmağa çalışır. Paşinyanın liderliyi dövründə isə Ermənistan imkanları daxilində müstəqil siyasət aparmağa çalışır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər