12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rus sülhməramlıları Qarabağdan çıxarılacaq - Ekspert
Tarix: 07-11-2022 13:11 | Bölmə: Slayd
Rus sülhməramlıları Qarabağdan çıxarılacaq

“Rusiya sülhməramlılarının Xankəndi şəhərinə silah daşımısa mənfi hadisədir və qəbuledilməzdir. Siyasi baxımdan yanaşdıqda ehtimal edirəm ki, proses sülhməramlıların Qarabağdan çıxarılması istiqamətində gedir. Bunu vaxtından tez və ya 5 illik müddət başa çatdıqdan sonra edəcəyimizi zaman göstərəcək. Amma faktiki olaraq, indi bu prosesə başlamışıq”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə diqqətə çatdırıb ki, sülhməramlıların mandatı yoxdur, eyni zamanda onlar öz vəzifələrini yerinə yetirmirlər. Bu səbəbdən də Azərbaycan tədbirlər görməlidir:

“Mən öncədən də deyirdim ki, sülhməramlıları Qarabağdan çıxarmaq mümkündür. Ən geci 5 il tamam olan zamanda. 2020-ci ildə gəliblərsə, 2025-ci ildə ərazidən çıxmalıdırlar. Məntiqlə ya 2025-ci ildə daha beş il onlarla davam etməliyik, ya da yarım il əvvəldən elan etməliyik ki, ərazimizdən çıxırsınız. İndi proses o qədər kəskinləşib ki, bəlkə də 5 ilin tamamını gözləmədik”.

A. İsazadə xatırladıb ki, rəsmi Bakı dəfələrlə sülhməramlıların öz funksiyalarına uyğun olmayan fəaliyyətini fakt və sübutlarla ortaya qoysa da, Rusiya buna ciddi reaksiya verməyib.“Deməli, Rusiya ya təqsirkarı tapmalı, ya da bunu öz boynuna götürüb deməlidir ki, siyasətim belədir. Hər halda sülhməramlılar Azərbaycan ərazisindən çıxarılmalıdır və bu, bizim maraqlarımız dairəsindədir. Əlbəttə, buna nail olub-olmayacağımız başqa mövzudur. Amma mümkündür”, - deyə hərbi ekspert əlavə edib.

İsazadənin sözlərinə görə, indi Azərbaycan öz ərazilərinə qanunsuz silah daşınmasının dayandırılmasına nail olmalıdır: “Amma heç kim buna təminat verə bilməz. Təqsirkarlar saxlanılmalı, vəzifələrindən kənarlaşdırılmalıdır. Aydındır ki, rəhbərliyin göstərişi olmadan hansısa əsgər silah daşıya və ya onu ərazilərimizə buraxa bilməz. Təqsirkarlar tapılıb cəzalandırılsa, bəlkə də biz 5 illik müddətin tam başa çatmasını gözləyə bilərik. Əks halda çalışacağıq ki, diplomatik yolla onları ərazimizdən çıxaraq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər