12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenski: “İran Rusiyaya müharibəni uzatmağa kömək edir”
Tarix: 07-11-2022 15:53 | Bölmə: Slayd
Zelenski: “İran Rusiyaya müharibəni uzatmağa kömək edir”

İran Rusiyaya “Fateh-110” və “Zülfüqar” ballistik raketləri verəcək. Silahlar əvvəlcə hava nəqliyyatı ilə Krıma, oradan isə gəmilərlə Xəzər dənizindəki Rusiya limanlarına daşınacaq.

Reyting.az
xəbər verir ki, bunu bu gün Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski isə xalqa müraciətində deyib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşüb və İrana təzyiqlərin artırılması ilə bağlı fikir mübadiləsi aparıb.

Zelenski əlavə edib ki, Rusiya terroruna şərik olanlar da cəzalandırılmalıdır.

Ukrayna prezidentinin sözlərinə görə, bütün dünya biləcək ki, İran rejimi Rusiyaya müharibəni uzatmağa kömək edir.

Dünən Rusiya tərəfinin İranın pilotsuz uçan aparatlarından istifadə etdiyini deyən Zelenski diqqətə çatdırıb ki, onlardan bəziləri vurulub, bəziləri isə hədəfləri vurub.

Zelenski daha sonra deyib: “Terror dövləti öz qüvvələrini və imkanlarını daha da gücləndirir ki, ölkəmizə qarşı kütləvi hücumların təkrarlanması - infrastruktur və enerji obyektlərinin vurulması mümkün olsun. Xüsusilə, bunun üçün Rusiyaya İran raketləri lazımdır. Amma bütün bunlara baxmayaraq, biz cavab verməyə hazırıq”.

Cəbhədəki vəziyyətlə bağlı məlumat verən Zelenski bildirib ki, Rusiyanın Donetsk bölgəsinə şiddətli hücumları davam etsə də, düşmən ciddi itki verir.

Bundan əlavə, Zelenski Kiyevdə və 6 regionda enerji sahəsində stabilləşmənin kəsilməsinin davam etdiyini diqqətə çatdırıb, əsasən paytaxt Kiyev və onun ətraf bölgəsində 4,5 milyondan çox istehlakçının işıqsız qaldığını qeyd edib. Hər bir ssenarinin ətraflı müzakirə edildiyini və müvafiq tədbirlərin hazırlandığını bildirən Zelenskinin sözlərinə görə, həftə ərzində enerji sektorunda mümkün ssenarilərlə bağlı hökumət rəsmiləri, enerji şirkətlərinin nümayəndələri və regional idarələrlə təkbətək görüşlər keçirib. “Biz hər bir ssenarini ətraflı nəzərdən keçirir və müvafiq tədbirlər hazırlayırıq”,- deyə Zelenski əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər