12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin ən etibarlı adamı: “ABŞ-dakı seçkilərə müdaxilə etdik, edirik və edəcəyik”
Tarix: 08-11-2022 13:36 | Bölmə: Slayd
Putinin ən etibarlı adamı: “ABŞ-dakı seçkilərə müdaxilə etdik, edirik və edəcəyik”
Y. Priqojin

Rusiyalı iş adamı, prezident Putinin ən etibarlı tərəfdarlarından hesab olunan “Vaqner” muzdlu qrupunun yaradıcısı Yevgeni Priqojin ABŞ-dakı seçkilərə müdaxilə etdiklərini bildirib.

Reyting.az
-ın xəbərinə görə, Y. Priqojin bu gün ABŞ-da keçirilən aralıq seçkiləri öncəsi çoxlarını təəccübləndirən etiraflar edib.

Bir müddətdir müzakirə olunan “Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etdimi”,- sualına cavabında Y. Priqojin deyib:

“Cənablar, müdaxilə etdik, müdaxilə edirik və müdaxilə edəcəyik”.

“Biz işimizi diqqətlə, ehtiyatla, cərrah dəqiqliyi ilə görürük”, - deyən iş adamı ABŞ-da yerləşən “Bloomberg” media orqanının bir müddət əvvəl yaydığı “Rusiya ABŞ-da aralıq seçkilərə müdaxilə edir”,- xəbərinə cavab verib.

ABŞ üçün kritik əhəmiyyət kəsb edən aralıq seçkilərdə demokratların hakimiyyəti itirməsi ABŞ prezidenti Co Baydenin səlahiyyət müddətinin qalan hissəsində çətinlik çəkəcəyi anlamına gələcək. Bu, həm də keçmiş prezident Donald Trampın namizədliyini yenidən irəli sürməsinə zəmin yarada bilər.

ABŞ-da yerləşən sosial media analiz şirkəti “Graphika” tərəfindən keçən həftə aparılan araşdırmalar nəticəsində Rusiyanın ifrat sağçı media platformalarında təsirinin göründüyü müəyyənləşib. Rusiya xüsusilə D. Trampın qalib gəldiyi 2016-cı il seçkilərindən sonra “seçki qutusuna müdaxilə etməkdə” ittiham olunub. Kreml əvvəllər bu iddiaları təkzib etsə də, ABŞ həmin zaman qeyd edirdi ki, Sankt-Peterburqda böyük kiber qruplar vasitəsilə seçkilərə ciddi təsir göstərilir.

Əksər analitiklər bildirirlər ki, Bayden və onun demokrat administrasiyası Rusiya üçün arzuedilən hakimiyyət deyil və Kreml ABŞ-da respublikaçıların hakimiyyətə gəlməsini daha münasib hesab edir.




Bölməyə aid digər xəbərlər