12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Qarabağda yenidən hərbi qarşıdurma yaratmaq istəyir
Tarix: 08-11-2022 15:46 | Bölmə: Slayd
Rusiya Qarabağda yenidən hərbi qarşıdurma yaratmaq istəyir

“Rusiya ermənilərə silah-sursat yardımı edir, Xankəndi şəhərinə silah daşıyır. Rusiya bölgədə yeni hərbi qarşıdurmanın yaranması üçün əlindən gələni edir”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli rus sülhməramlıların Xankəndindəki erməni separatçılarına silah daşımasını şərh edərkən deyib.

Q. Hüseynli iddia edir ki, Moskva yenə məkrli planlar qurur.

Onun sözlərinə görə, Rusiyanın niyyəti həm Valday diskussiya klubunda, həm də Soçi görüşü zamanı ortaya çıxıb: “Məsələn, Soçi görüşündən əvvəl Moskva ermənilərlə əlbir olaraq bölgədə sülhməramlı qüvvələrinin müddətini uzatmağa çalışırdı, ancaq buna nail ola bilmədi. Eləcə də, müharibənin nəticələrini təftiş etmək istiqamətində müəyyən addım atmaq, yenə də Qarabağda ermənilərin statusunu gələcəyə təxirə salmaq adı altında gündəmə gətirməyə çalışdı. Amma bu da fiaskoya uğradı, Azərbaycan prezidentinin qətiyyəti və siyasi iradəsi sayəsində yekun bəyanata bu məqamlar salınmadı. Həm Soçi görüşü öncəsi Xankəndi şəhərində mitinqlərin keçirilməsi, həm də Rusiyanın adamı olan milyonçu Ruben Vardanyanın fəallaşdırılmasının da xeyri olmadı”.

Q. Hüseynlinin fikrincə, rus sülhməramlıların erməni separatçılara silah daşıması göstərir ki, Rusiya düz yolda deyil:

“Qarabağın dağlıq hissəsində “bir ovuc” erməni yaşayır. Onlara silahlandırmaqla heç nəyə nail olmaq mümkün deyil. Ərazi Azərbaycan Ordusunun nəzarətindədir. Məncə, ruslar belə addımlardan imtina etməlidir. Əks təqdirdə bunun nəticəsi özləri üçün də pis olacaq”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan tərəfi belə davranışlara dərhal reaksiya verir, bunun qəbuledilməz olduğunu ifadə edir: “Azərbaycanın maraqları güclü müdafiə olunur, əleyhimizə baş verə biləcək istənilən proses yaxından izlənilir. Ümid edirəm ki, Azərbaycanın atdığı addımların real nəticəsi olacaq”.

Professor sonda əlavə edib ki, Azərbaycan tərəfinin diplomatik fəaliyyəti nəticəsində indiyə qədər məkrli planlar fiaskoya uğrayıb, bundan sonra da belə olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər