10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Fransa erməni lobbisinin əlində aciz qalıb - Deputat
Tarix: 18-11-2022 16:38 | Bölmə: Slayd
Fransa erməni lobbisinin əlində aciz qalıb

“Fransa Senatının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul etməsi bu ölkənin ermənipərəst mövqeyi ilə yanaşı işğalçı xislətli ölkə olduğunu təsdiq edir. Fransa tarixdə işğalçı ölkə olaraq qalıb. Bu ölkənin Əlcəzairdə törətdiyi qanlı cinayətlər bəşəriyyətin böyük faciələrdəndir. Tarixi qan-qada ilə dolu Fransa bu baxımdan Ermənistana oxşayır və məhz işğalçılıq xislətindən çıxış edərək bu ölkəni dəstəkləyir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, dünyaya azadlıq, demokratiya, söz azadlığı mövzusunda “dərs keçməyə” çalışan Fransanın Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi sübut edir ki, bu ölkənin rəhbərliyi və dövlət aparatı erməni lobbisinin əlində acizdir və ona xidmət edir:

“Təbii ki, məlum qətnamənin qəbulu Azərbaycana qarşı olan qərəzli mövqeyin göstəricisidir. Eyni zamanda bu, beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəkləmək, soyqırım müdafiəçisi olduğunu nümayiş etdirməkdir. Nümunə kimi deyim ki, Fransa Senatı 2020-ci ildə də ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək əsassız qətnamə qəbul edib. Lakin həyat və zaman sübut edir ki, Fransanın bu əsassız mövqeyi və Senatın qəbul etdiyi iftira dolu qətnamə əslində bu ölkənin özünü gözdən salır. Qəbul edilmiş qətnamələr isə kağız parçasından başqa bir şey deyil.

Fransanın Azərbaycana qarşı daha qərəzli mövqe sərgiləməsi bu ölkənin prezidenti Makronun da adı ilə sıx bağlıdır. Onun komandası hakimiyyətdə qalmaq marağını təmin etmək üçün erməni lobbisinin əlində oyuncağa çevrilib. Həmçinin Makronun bu davranışı onun müsəlman dünyasına nifrətindən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir”.

Deputat deyib ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi əsassız və qərəzli qətnamələri Yelisey sarayının qətnamələri kimi qəbul etmək daha doğru olardı, çünki Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiqi, respublika prezidentinin səlahiyyətinə aid məsələdir: “Buradan belə bir qənaətə gəlmək olar ki, Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşama prosesinə töhfə verməkdənsə əsassız iddialarla öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də qiymətləndirilə bilər. Noyabrın 15-də Azərbaycana qarşı Senat tərəfindən əsassız qətnamənin qəbulu Fransa prezidenti Makronun riyakarlığını da ifşa edir. Belə ki, Makronun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında özünü vasitəçi kimi təqdim etməyə çalışması və “töhfə vermək istəyi”nin siyasi məkr olduğu aydınlaşır. Ermənistanla çox böyük analogiyaların olduğu Fransanın bu qərəzli mövqeyi Azərbaycan üçün heç nəyi dəyişmək gücündə deyil. Azərbaycanı öz haqlı mövqeyindən heç bir qüvvə, heç bir dairə və ya ölkə geri çəkilməyə məcbur edə bilməz. Fransanın, xüsusilə də onun prezidenti Makronun beynəlxalq hüquqa zidd əməlləri yalnız bu ölkənin özünün gələcəyinə zərər verəcək”.




Bölməyə aid digər xəbərlər