Prezident özünə köməkçi təyin edib
Tarix: 24-11-2022 17:54 | Bölmə: Gündəm
Prezident özünə köməkçi təyin edib

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, A. Sipilin 2019-cu ildən bu günədək Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}