12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Asteroid Yer kürəsi ilə toqquşa bilər - Xəbərdarlıq
Tarix: 09-03-2023 17:19 | Bölmə: Slayd
Asteroid Yer kürəsi ilə toqquşa bilər

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) ard-arda xəbərdarlıqlar ediblər.

Reyting.az
-ın xəbərinə görə, NASA və ESA 2023-cü ildə DW adlanan asteroidin Yer kürəsi ilə toqquşmasını mümkün sayırlar.

2023 DW adlanan asteroidin 50 metr və ya bir olimpiya hovuzu uzunluğu boyda olduğu təxmin edilir.

Kosmik qurumlar DW adlı asteroidi risk siyahısında birinci yerə qoyublar.



Digər ehtimala görə, asteroid 23 il sonra - Sevgililər günündə Yer kürəsini vura bilər. Söhbət 14 fevral 2046-cı ildən gedir. Bu tarixdə asteroidin yerə çox yaxınlaşacağı güman olunur.

NASA-nın Planeti Müdafiə Koordinasiyası İdarəsinin səlahiyyətliləri bildiriblər ki, 2023 DW-nin planetimizə dəymə ehtimalı çox yüksəkdir.

Avropa Kosmik Agentliyinin (ESA) Dünya Obyektlərinin Koordinasiya Mərkəzinə görə, bu ehtimal birin-birə nisbətindədir.



Qeyd olunur ki, “Cüt asteroid yönləndirmə testi” olan “Dart Testi” NASA-nın bu asteroidlərə qarşı müdafiə axtarılması nəticəsində ortaya çıxıb. NASA asteroidlərin istiqamətini dəyişdirməyi bacarıb. Dart və NASA insanlıq tarixində bir asteroidi ilk dəfə təbii orbitindən çıxara biliblər. Bu, 330 milyon dollarlıq missiya NASA-nın yeddi il ərzində inkişaf etdirdiyi planetin qorunması sisteminin ilk cəhdi olub.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər