12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ramiz Rzayev məhkəmə sisteminə ağır zərbə vurub
Tarix: 11-03-2023 15:46 | Bölmə: Slayd
Ramiz Rzayev məhkəmə sisteminə ağır zərbə vurub
R. Rzayev

"Məhkəmə - ədalətin simvoludur. Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib və mən etik prinsiplərə əməl etmədən deyirəm ki, adam rədd olub gedib, bu sistemdən".

Reyting.az
xəbər verir ki, bunu deputat Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.

Deputatın iddiasına görə, Ramiz Rzayev nəyinsə müqabilində saxta diplomlu hakimləri müdafiə edib, onları irəli çəkib:


E. Əliyev

“Bu adam aşağı məhkəmə orqanlarının qərarlarını maddi marağı səviyyəsində dəyərləndirib. Bu adam Konstitusiyamızın maddələrini kobud şəkildə pozub. Bu adam məhkəməni şəxsi mülkiyyətinə çevirmişdi. Ən varlı adamlardan biridir. Obyektlərinin evlərinin sayının həddi-hüdudu yoxdur. Və bu adamın işdən rədd olunmasını dəstəkləyən bir müsbət fikir yoxdur”.

E. Əliyev qeyd edib ki, R. Rzayevin məhkəmə sisteminə vurduğu ağır və sarsılmaz zərbələrin bərpası üçün böyük vaxt itkisi tələb olunacaq.




Bölməyə aid digər xəbərlər