12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qərb Qarabağda Rusiya ilə əməkdaşlıq etmək istəyir
Tarix: 11-03-2023 19:37 | Bölmə: Slayd
Qərb Qarabağda Rusiya ilə əməkdaşlıq etmək istəyir

“ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə nümayəndəsi Lui Bono bu günlərdə Bakı-İrəvan-Bakı səfərini başa çatdırıb. Diplomat İrəvanda deyib ki, fəaliyyətə başlayanda ilk işlərindən biri də həmkarı, Minsk qrupunun rusiyalı həmsədri ilə əlaqə yaratmaq olub. Daha sonra bildirib ki, bu məsələnin həlli üçün hamı ilə (Rusiya) əməkdaşlığa hazırdır. İndi bu nə deməkdi? Bəs, Rusiya insanlıq əleyhinə cinayətlər törədən ölkədir, beynəlxalq tribunal qurmağa çalışırsınız?”.

Bunu Reyting.az-a beynəlxalq münasibətlər üzrə eksper Fuad Çıraqov ABŞ Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi Lui Bononun regiona səfərindən danışarkən deyib.

F. Çıraqov əlavə edib ki, ABŞ-ın Ermənistana təyin edilən səfiri Laçınla sərhədə qədər gəlib, üstəlik, əmr edir ki, “blokada” açılmalıdır.

Müsahibimiz xatırladıb ki, ABŞ Meksika ilə sərhəddə hasar görür. Öz statistikalarına görə, 1998-ci ildən indiyə qədər səkkiz min insan sərhədi keçmək istəyərkən həyatını itirib.

F. Çıraqov diqqətə çatdırıb ki, ABŞ-ın Bakıya təyin edilən səfirini isə Dövlət Departamenti 8 aydır Senatda bir qatı korrupsioner R. Menendezin qorxusundan dinləməyə çıxara bilmir: “Dgər tərəfdən, Avropa İttifaqının nümayəndəsi T. Klaar keçən həftə İrəvana səfər çərçivəsində müsahibəsində deyir ki, Üçtərəfli Bəyannamədə Laçında Nəzarət Buraxılış Məntəqəsi yoxdur. Yəni, rusların dediyini təkrarlayır. İndi bütün bunlara qarşı özünü Qərbin təbliğatçısı kimi təqdim edənlərin dilindən bir tənqid eşitdinizmi? Qərar verin, siz Qərbin tərəfdarısınız, yoxsa dəyərlərin? İnsan hüquqları, demokratiya ümumbəşəri dəyərlərdir. Bu dəyərlərə inam əqidə məsələsidir. Bu dəyərlərə inam milli məsələdə prinsipsiz olmaq deyil. Hakimiyyəti necə istəyirsiz tənqid edin, amma milli məsələdə bu şeyləri görün, hamıdan çox deyin, göstərin, tənqid edin, insanları inandırın ki, dəyərlər başqa, Qərb başqadır”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər