10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb.
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan İranın təxribatlarına necə cavab verməlidir? - Politoloqun şərhi
Tarix: 11-03-2023 20:33 | Bölmə: Slayd
Azərbaycan İranın təxribatlarına necə cavab verməlidir?

“Tarix təkrarlanır, İran təyyarələri yenə hava sərhədimizi pozur. Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır”.

Bunu Reyting.az-a politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu qısa zaman kəsiyində İranın fəaliyyəti sayəsində Azərbaycanın üzləşdiyi təxribatların bir hissəsini sadalayıb:

“İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər.

İkincisi, İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar.

Üçüncüsü, Azərbaycan öz torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar.

Dördüncüsü, İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlimlər keçirdi.

Beşincisi, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu.

Altıncısı, İranda Azərbaycan vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı.

Yeddincisi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər”.

E. Şahinoğlunun fikrincə, İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. “Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı durduran deyil. Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimləri, ya da 2001-ci ildə olduğu kimi Türk yıldızlarının Bakı səmasında növbəti uçuşları durduracaq”,- deyə politoloq əlavə edib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər