12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin komandasında təqsirkar axtarır
Tarix: 13-03-2023 14:43 | Bölmə: Slayd
Putin komandasında təqsirkar axtarır

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədəki uğursuzluqların təqsirkarını axtarır.

Reyting.az
xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) xülasəsində deyilir.

Analitiklərin fikrincə, Putin “Vaqner”in çoxsaylı itkilərini, ordudakı pis əhval-ruhiyyəni, hərbi cinayətlər barədə xəbərləri Rusiya cəmiyyətindən gizlətməyə çalışır.

“Baxmut uğrunda döyüşlərdəki xəbərlərin əksəriyyəti əsasən “Vaqner”çilərin ağır itkilərinə yönəlib ki, bu da Rusiya Müdafiə Nazirliyinə ölkənin silahlı qüvvələrinin digər itkilərini gizlətməyə və ya sayı azaltmağa imkan verir”, - xülasədə qeyd olunur.

Analitiklər bildirir ki, 2023-cü il fevralın əvvəlində Uqledar yaxınlığında sarsıdıcı məğlubiyyətlərə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Putinə sadiq qalır.



Bildirilir ki, “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin bədbəxtliyi, çox güman ki, Kremlin digər rəsmilərini, o cümlədən Çeçenistanın rəhbəri Ramzan Kadırovu Priqojinin üzləşə biləcəyi aqibətdən yayınmaq üçün ambisiyalarını azaltmağa məcbur edəcək.

Müharibə Araşdırmaları İnstitutu diqqətə çatdırır ki, Priqojin döyüşçüləri ilə “top yemi” kimi rəftar etdiyinə görə pis reputasiya qazanıb və onun döyüş sursatı üçün ictimai yalvarışları, çətin ki, cəlbedici olsun:

“Priqojin Baxmutu öz kommersiya və siyasi məqsədlərinə çatmaq üçün Kreml və Rusiya Müdafiə Nazirliyi üzərində təsir rıçaqları əldə etmək fürsəti kimi görsə də, Putin öz rejimini səfərbərliyin zərərli təsirlərindən qorumaq üçün “Vaqner” PMC-dən istifadə edib, bu da ordunun fəaliyyətini əhəmiyyətli dərəcədə ləngidir. Xüsusilə, Ukraynaya qarşı əməliyyatlar baxımından”.

Qeyd edək ki, Ukraynadakı müharibədə “Vaqner” (yaralanan və ölənlər daxil) 30 mindən çox muzdlu əsgərini itirib. Bu yaxınlarda muzdluların özləri də bu barədə videomüraciət yayıblar. “Vaqner”çilər bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri hər gün yüzlərlə silahdaşlarını məhv edir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər