12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Tarix: 14-03-2023 10:20 | Bölmə: Slayd
Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.

Reyting.az
Müdafiə Nazirliyinə istiinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər