Şou-biznesin daha bir məşhur cütlüyü boşanır? - Fotolar
Tarix: 05-04-2024 18:15 | Bölmə: Şou-biznes
Şou-biznesin daha bir məşhur cütlüyü boşanır?

Məhşur amerikalı müğənni, "RnB" stilində ifa etdiyi mahnıları ilə dünya şöhrəti qazanmış Beyonse tək müğənni kimi yox, həm də rəqqasə, musiqi prodüseri kimi tanınır.

Reyting.az
-ın məlumatına görə, əsl ad-soyadı Beyonse Cizel Noulz-Karter olan 42 yaşlı müğənni ailə həyatı ilə bağlı deyilənlərə də aydınlıq gətirib.

Beyonse ailə daxilində problemlərinin olmadığını və əri ilə münasibətlərində hər şeyin qaydasında olduğunu bildirib:

"Mənim heç vaxt ayrılmaq fikrim olmayıb".



2002-ci ildən görüşməyə başladığı, indiyə qədər bir yerdə olan iki məhşur sənətçinin, müğənni Beyonse ilə amerikalı reperin, əsl adı Şon Kori Karter olan Cey-Z-ni həmin il bir-birilərinə yaxınlaşdıran əsas səbəb isə sənət tərəfdaşlığı, üzərində birgə işlədikləri mahnı olub.

Xatırladaq ki, hələ həmin dövrlərdə onların görüşdükləri, aralarında davam edən sevgi macəraları ilə bağlı çoxlu söz-söhbətlər gəzirdi, hətta bu münasibətlərin ötəri, qeyri-ciddi olduğunu düşünənlər də var idi. Lakin şou aləmi bu dəfə yanıldı və 2008-ci ildə cütlük rəsmi evliliyə qərar verdi.

Aprelin 3-dən başlayaraq cütlük evliliklərinin 16-cı ildönümünü xüsusi sevgi və təntənə ilə qeyd etdiklərini bildiriblər.



2014-cü ildə ortaya çıxan xəyanət şayiələri səbəbindən onların romantik münasibətləri heç də həmişə hamar olmayıb. Həmin dövr Beyonse üçün problemli olub, çünki əri Cey-Zinin özgə qadınla əlaqəsi ilə bağlı şou-biznes çevrəsində qəfildən bir xəbər ortaya çıxıb və böyük söz-söhbət yaranıb.

Buna baxmayaraq bu cütlük evlilik yubileyi ərəfəsində ailə daxilində baş vermiş həmin hadisənin öhdəsindən birlikdə gəldiklərini açıqlayıblar. Öz albomlarında, mahnılarında Beyonse bu hadisəyə eyham vursa da, yenə o ehtirasla ərinə olan dərin sevgisini ifadə edir.

Xatırladaq ki, müğənni Beyonsenin böyük qızı Alvedən başqa Cey-Z ilə nikahından da Rumi və Ser adlı ekiz övladı var.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}