Rusiyalı müğənni senzura təklif edir
Tarix: 24-12-2025 08:45 | Bölmə: Şou-biznes

Rusiyalı müğənni senzura təklif edir

“Mia Boyka” səhnə adı ilə tanınan müğənni Mariya Boyko Rusiya Dövlət Dumasına gedərək, qanunvericilərə ölkədə musiqi senzurası tətbiqini təklif edib.

Reyting.az-ın məlumatına görə, Mariya Boykonun təklifinə digər tanınmış müğənni Alena Jigalova “Telegram” kanalında mənfi reaksiya verib.

M. Boyko “təcavüzkar mahnıları, xüsusən neyron şəbəkələrdən və “TikTok”-da viral olan mahnılardan istifadə edərək yaradılanları silə biləcək” xüsusi bir komitə yaratmağa çağırıb. Müğənni öz təşəbbüsünü “Rusiyada sağlam və müsbət musiqi məkanı” uğrunda mübarizə kimi izah edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər