Bu gün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalıdır
Tarix: 13-12-2025 12:19 | Bölmə: Şou-biznes

Bu gün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalıdır

Bu gün Tbilisidə Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalı keçiriləcək. Müsabiqənin final şousu yerli vaxtla saat 20:00-da baş tutacaq.

Reyting.az xəbər verir ki, Avropanın ən nüfuzlu uşaq musiqi yarışmasının final mərhələsində 18 Avropa ölkəsindən olan iştirakçılar səhnəyə çıxacaqlar.

Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edəcək.

Tamaşaçılar jesc.tv saytı vasitəsilə səs verə bilərlər.

Səsvermə bu gün canlı yayımın başladığı vaxt - saat 20:00-da müvəqqəti olaraq dayandırılacaq. Bütün 18 iştirakçı səhnəyə çıxdıqdan sonra isə səsvermə 15 dəqiqəlik ikinci mərhələ üçün yenidən açılacaq.(Report)





Bölməyə aid digər xəbərlər