Alla Puqaçova səhnədən niyə gedib?
Tarix: 23-12-2025 09:38 | Bölmə: Şou-biznes

Alla Puqaçova səhnədən niyə gedib?

Rusiyada pop-diva Alla Puqaçovanın sənətdən getməsi ilə bağlı fərziyyələr dolaşır.

Reyting.az xəbər verir ki, bu barədə publisist və teleaparıcı Anatoli Vasserman “YouTube”da yayımlanan “Borodin on air” podkastında danışıb.

Onun sözlərinə görə, məşhur müğənni Alla Puqaçova sənət rəqibləri ilə ayaqlaşa bilmək üçün kifayət qədər enerjiyə və estradada yetərincə nüfuzunun olmaması səbəbindən “təqaüdə çıxmaq” məcburiyyətində qalıb.

“Bundan başqa, məşhur sənətkar sağlamlığında yaranmış problemlər səbəbindən musiqi olimpusundan ayrılıb”, - Vasserman belə hesab edir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər