Məşhur reperə görə apellyasiya şikayəti veriblər
Tarix: 25-12-2025 08:38 | Bölmə: Şou-biznes

Məşhur reperə görə apellyasiya şikayəti veriblər

Məşhur reper Şon Diddi Combsun vəkilləri onun barəsində məhkəmə hökmünün ləğvini və həbs cəzasına yenidən baxılmasını tələb edirlər.

Reyting.az bildirir ki, “Radar Online”-nin məlumatına görə, musiqiçinin vəkilləri məhkəmə hökmündən apellyasiya şikayəti veriblər.

Budəfəki vəsatətdə müdafiə tərəfi hakim Arun Subramanyanı kəskin tənqid edərək, onun qərarını “əcaib” adlandırıb.

Combsun vəkilləri 50 aylıq cəzanın ləğvini və reperin azadlığa buraxılmasını və ya ən azı cəzasının əhəmiyyətli dərəcədə azaldılmasını tələb edirlər.

Müdafiə tərəfinin iddiasına görə, hakim “həddi aşıb” və faktiki olaraq arbitr kimi deyil, əlavə andlı iclasçı kimi çıxış edib və bunun üçün şikayətdə adı “13-cü andlı iclasçı” kimi qeyd edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər