Puqaçova Avropa turnesinə çıxır
Tarix: 09-04-2024 11:20 | Bölmə: Şou-biznes
Puqaçova Avropa turnesinə çıxır

Dünyaca məşhur pop-diva Alla Puqaçova 75 illiyini parlaq qeyd etməyə hazırlaşır.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı məşhur müğənni, müharibəyə etiraz əlaməti olaraq ölkəsini tərk edən Alla Puqaçovanın Avropa turunu onun prodüsseri Sergey Dvortsov şərh edib. O bildirib ki, Alla Borisovna Avropa qastroluna İsraildə solo-konsertlə başlayacaq, sonra Kiprə yola düşəcək.

Prodüsser onu da deyib ki, dəbdəbəli həyata və zənginliyə meyilli pop-diva özünün 75 illik yubileyini təmtəraqlı şəkildə qeyd etməyə hazırlaşır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}