Məşhur reper məhkəməni təxirə saldırmağa çalışıb
Tarix: 22-04-2025 07:58 | Bölmə: Şou-biznes
Məşhur reper məhkəməni təxirə saldırmağa çalışıb

Amerikalı məşhur reper Diddi Merkuri “ulduzların paradı”nı izləmək səbəbindən onunla bağlı keçirilən məhkəməni təxirə saldırmağa çalışıb.

Reyting.az
xəbər verir ki, bu barədə “RadarOnline” nəşri məlumat yayıb.

Məlumata görə, Manhettendə keçirilən növbəti iclasda reperin vəkilləri hakimdən məhkəmə prosesini iki ay müddətinə təxirə salmağı xahiş ediblər. Rəsmi izahatda səbəb kimi, guya, ittiham tərəfinin sübutları gecikdirməsi göstərilib. Amma insayderlər bildiriblər ki, əsl səbəb reperin astrologiyaya olan böyük sevgisidir: “Diddi “ulduzların paradı”na bayılır...”.

Qeyd edək ki, dünyaca məşhur reper P. Diddiyə qarşı yenidən zorlama ittihamları irəli sürülüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-04-2025, 19:37 Firuzə İbadova yıxılıb
17-03-2025, 15:19 Müğənni həbs edilib