14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
“Avroviziya-2025”-in finalçıları bəlli olub - Siyahı
Tarix: 16-05-2025 01:38 | Bölmə: Şou-biznes
“Avroviziya-2025”-in finalçıları bəlli olub

İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” mahnı müsabiqəsinin 2-ci yarımfinalı başlayıb.

Reyting.az
xəbər verir ki, yarımfinalda 16 ölkə iştirak edir. Onlardan 10-u finala vəsiqə qazanacaq.

Birinci yarımfinaldan sonra Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan təmsilçisi olan “Mamagama” qrupu birinci yarımfinaldan sonra mübarizəni dayandırıb.

***

İsveçrənin Bazel şəhərində “Avroviziya-2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Nəticələrə əsasən, mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib.

Çıxışlar başa çatdıqdan dərhal sonra keçirilən tamaşaçı səsverməsinin nəticələrinə görə, ikinci yarımfinaldan sonra aşağıdakı ölkələrin təmsilçiləri “Avroviziya-2025”in finalına yüksəliblər:

Litva

İsrail

Ermənistan

Danimarka

Avstriya

Lüksemburq

Finlandiya

Latviya

Malta

Yunanıstan.

Müsabiqənin finalı mayın 17-də Bazel şəhərində baş tutacaq. Finalda 26 ölkə mübarizə aparacaq. Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala çıxıb:

Norveç

Albaniya

İsveç

İslandiya

Niderland

Polşa

San-Marino

Estoniya

Portuqaliya

Ukrayna

Litva

İsrail

Ermənistan

Danimarka

Avstriya

Lüksemburq

Finlandiya

Latviya

Malta

Yunanıstan.

Qeyd edək ki, final mayın 17-də başa tutacaq.(APA)




Bölməyə aid digər xəbərlər
13-04-2025, 19:37 Firuzə İbadova yıxılıb