Mətanət Əsədova həmkarı ilə düşmən oldu
Tarix: 18-06-2019 14:21 | Bölmə: Şou-biznes
Mətanət Əsədova həmkarı ilə düşmən oldu

Əməkdar artist Mətanət İsgəndərli ilə müğənni Mətanət Əsədova arasında “soyuq küləklər” əsməyə başlayıb. Bir müddətdir ki, rəfiqə olan iki sənətçi münasibətlərinə son qoyub.

M. Əsədova “Bir axşam” proqramında qonaq olarkən Əməkdar artisti həyatından sildiyini deyib: “Musiqi aləmində yalan var. Obraza girməyi xoşlamıram. Mətanət İsgəndərlini çox istəyirəm. O, həmişə məni elə dindirib, darıxanda məni yığıb ki, ürəyim səninlə açılır. Amma eşitdim haqqımda elə bir şey danışıb ki, şoka düşdüm. Onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram”.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}