Repçilərimiz Hadisə və Ebru Gündeşlə eyni səhnəni paylaşdılar
Tarix: 10-11-2015 20:49 | Bölmə: Şou-biznes
Repçilərimiz  Hadisə və Ebru Gündeşlə eyni səhnəni paylaşdılar
Azərbaycanın rep qrupu "Nəğd Pul" (Afiq Novruzov və Hilal) "O səs Türkiyə" səhnəsinə çıxıb.

Axşam.az-ın məlumatına görə, dörd məşhur mahnını remiks edərək üzərinə "Bizi tanımağınıza az qaldı" adlı rep söyləyən həmyerlilərimiz münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar. Müğənnilər Ebru Gündeş və Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs ediblər.

Tamaşaçıların istəyi ilə eyni mahnını ikinci dəfə ifa edən azərbaycanlı ifaçılar sonda Gökhan və Hakan Özoğuzu seçiblər.

Qeyd edək ki, Acun İlıcalının aparıcılığı ilə TV8-də yayımlanan yarışma proqramının münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan Özoğuz qardaşları oturublar.

Xatırladaq ki, "O səs Türkiyə"nin keçənilki qalibi azərbaycanlı ifaçı Elnur Hüseynov olub.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər