15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Müğənninin külli məbləğdə borcu var - Səbəb
Tarix: 29-08-2019 14:26 | Bölmə: Şou-biznes
Müğənninin külli məbləğdə borcu var

Müğənni Niyam Salaminin restoran biznesində bəxti yenə də gətirməyib.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, yay mövsümü başlayanda sənətçi "İzmir" restoranını işlətməyə başladığını açıqlamışdı.

Niyam hətta şou-biznes nümayəndələrini də başına yığaraq, təmtəraqlı açılış mərasimi də edib. Bu günlərdə isə məlum olub ki, Salaminin bu işi də uğurlu alınmayıb və sənətçi restoran rəhbərliyi ilə yollarını ayırmalı olub.

Buna zəmin yaradan isə onun gözlənilən qazancı əldə etməməsidir. Hətta Niyamın məkanın sahibinə külli miqdarda borcu yığıldığı da bildirilir.

Qeyd edək ki, Niyam bundan əvvəl də bir neçə restoran işlətmiş və müflis olmuşdu. Ötən yay isə o, müğənni Samir Piriyevlə Bodrumda restoran biznesinə girişib. Amma iş alınmadığı üçün sənətçilər arasında qalmaqal yaşanıb.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər