16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“İnstaqram” ulduzu da COVID-19-a yoluxub
Tarix: 17-04-2020 17:39 | Bölmə: Şou-biznes
“İnstaqram” ulduzu da COVID-19-a yoluxub

"Müştərim koronavirus diqanozu ilə Sina xəstəxanasına yerləşdirilib”.

Reyting.az
“əl-Sumariyyə”-yə istinadla xəbər verir ki, bunu özünü Hollivud ulduzu Ancelina Coliyə oxşatmaq üçün bir neçə plastik əvəliyyat keçirməsi ilə sosial şəbəkələrdə məşhurlaşmış Səhər Təbərin (Fatimə Xişvənd) vəkili Pəyam Derəfşan deyib.

"Koronavirus simptomlarının olmasına görə xanım Təbəri qadın həbsxanasının karantin bölməsində olub. Vəziyyəti pisləşdiyindən oradan daha bir neçə məhbusla birlikdə Sina xəstəxanasına aparılıb. Sina xəstəxanasında müvəkkilim və digər məhkumlar koronavirusla bağlı test müayinəsindən keçiblər. Həkimlər müştərimin COVID-19 testinin müsbət olduğunu və hər iki ciyərinin də virusa yoluxduğunu müəyyən ediblər”.

Vəkil əlavə edib ki, ölkədə koronavirusun yayılmasından sonra məhkəmə başçısı çox sayda məhbusun sərbəst buraxılmasına dair əmrlər verib, lakin təəssüf ki, məhbusların xeyli hissəsi hələ də cəzaçəkmə yerlərində qalıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}