15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Elvin Abdullayev: "Elza Seyidcahan çərçivədən çıxıb”
Tarix: 09-09-2020 12:36 | Bölmə: Şou-biznes
Elvin Abdullayev: "Elza Seyidcahan çərçivədən çıxıb”

"Elçin Cəfərov, Zamiq Hüseynov, Rəhim Rəhimlinin geyimlərini bəyənirəm. Ümumiyyətlə, bir çox kişi ifaçılarımız qəşəng geyinir. Gündəlik geyimlərimdə rahatlığa üstünlük verirəm. Amma kliplərdə obraza girməyə etiraz etmirəm. İncəsənət qurban tələb edir".

Reyting.az
xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "10-da başladıq" proqramında deyib. İfaçı sənət adamlarının geyimlərindən danışıb.

Əməkdar artist Elza Seyidcahanın tərzi ilə bağlı suallara "Elza Seyidcahan çərçivədən çıxıb. Onun gördüyü işlər, geyindiyi libaslardan xoşum gəlir. Onu daş-qalaq edirlər. Bu insan heç vaxt neqativ cavab vermir və öz istədiyini edir",- cavabını verib.

Elvin şəhərdə qızların geyimlərini tənqid edib:

"Elə xanımlar var ki, elə geyimlər geyinir... Açıq-saçıqlıqdan söhbət getmir, bu, hər kəsin öz seçimidir. Zövqsüz geyinirlər, dırnaqlarını elə rəngə boyayırlar ki... Bunlar heç bir saytlara, dəblə bağlı səhifələrə baxmırlar?"

Aparıcı Samir Bayramlının "Bu yaxınlarda Aygün Kazımovanın 26 yaşındakı çıxışını izlədim. Onun həmin səhnədə geyindiyi paltarla Rihanna 20 il sonra klip çəkdirib",- sözlərinə müğənni "Rihannanı deyirik, Aygün Kazımovanı deyə bilmərik?" reaksiyasını verib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər