16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prodüser Tolik Afaq Gəncəlini oğurluqda ittiham edib - Foto
Tarix: 26-04-2022 11:49 | Bölmə: Şou-biznes
Prodüser Tolik Afaq Gəncəlini oğurluqda ittiham edib

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) teleaparıcı Afaq Gəncəlini onun proqramından mövzu oğurlamaqda ittiham edib.

Reyting.az
xəbər verir ki, bunla bağlı paylaşım edən Tolik "Səhər mərkəzi" verilişində olan mövzuların onun proqramından götürüldüyünü bildirib. O, Afaqa və proqramın digər aparıcısı Tural Əsədova səslənərək, redaktorun oğurluq etdiyini vurğulayıb:

"Heç kimin verilişindən məvzu götürüb qonaqlarıma sual vermirəm. Verilişim verilişindən, sponsorumuz sponsorlarından artıqdır. Qoşa-qoşa aparıcılardı, amma veriliş başdan ayağa "şparqalka"dan ibarətdir. Reytinqiniz kanallar arasında hamıya bəllidir.

Canım Afaq, bilirsən ki, xətrin əzizdir. Amma "naftalin redaktor"una de ki, mən onun üçün o biriləri deyiləm. Mənim verilişimdən çıxan xəbərlərlə öz verilişinizi doldurursunuzsa, redaktorunuzun canı çıxsın istinad etsin. Mənim mövzumu özününküləşdirəndə bax belə olur".

Qeyd edək ki, Tolik MTV-də "Tarixin bir günü" adlı proqrama aparıcılıq edir. Bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın TikTokda 35 min dollar qazanması mövzusu Tolikin proqramında olsa da, Afaq və Tural verilişdə onu müzakirə ediblər.(Axşam.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}