Səidə Dadaşova müğənnilərə qadağa qoyub
Tarix: 28-04-2022 10:37 | Bölmə: Şou-biznes
Səidə Dadaşova müğənnilərə qadağa qoyub

Müğənni Səidə Dadaşova həmkarlarına qadağa tətbiq edib.

Səidə Dadaşova “7 Canlı” proqramında deyib ki, mərhum dostu, müğənni Aslan Hüseynovun mahnılarının həmkarları tərəfindən oxunmasına qarşıdır:

"Müğənnilərə Aslanın mahnılarını oxumağa qadağa qoyuram. Bunu ərkyana deyirəm. Söhbət arada gəzən müğənnilərdən gedir. Onlar özləri çox yaxşı bilirlər, kimi nəzərdə tuturam. Misal üçün, Rüfət Axundov Aslanın mahnısını oxuyub, çox gözəl. O, bizim ortaq dostumuzdur. Ona Aslanın mahnılarını oxumaq olar. Rüfət Aslanın mahnılarını sağlığında da ifa edib. Mən bilirəm Aslan kimə qadağa qoyub, kimə qoymayıb".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}