Müğənni Elza Seyidcahan intihar edə bilər
Tarix: 06-05-2022 14:29 | Bölmə: Şou-biznes
Müğənni Elza Seyidcahan intihar edə bilər

Ötən gün "Təsir dairəsi" proqramında Əməkdar artist Elza Seyidcahanla prodüser Təranə Səmədova arasında mübahisə baş verib.

Reyting.az
-ın məlumatına görə, mübahisəyə səbəb müğənni-bəstəkar Elza Seyidcahanın anasına məxsus obyektin illər əvvəl keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və onun qardaşı Faiq Azayevə icarəyə verməsi, onların isə obyekti mənimsəməyə çalışmalarıdır.

E. Seyidcahan bu məslə ilə bağlı proqrama gəlib və ona təzyiqlər olunduğunu iddia edib:

"Rüstəm Kərimzadə ilə əvvəl razılığa gəlmişdik. Amma hər gün icradan bizə məktub gəlir. Bizim məkanı bunlar satışa qoyur. Ali Məhkəmənin qərarı var ki, biz öz məkanımız üçün onlara pul ödəməliyik. Bizim işimizdə qanunsuzluq var. Əgər mənim nöqtə qədər verəcəyim olsa, məkanımı su qiymətinə satıb verərəm. Evimin sənədini banka qoyub, pul götürmək istədim. Amma 1970-ci ildə köhnə evi bank götürmür. Bir sənət adamına bu qədər zülm verərlər? Onlar vətən, Allah, iman tanımırlar. Deyirlər, get, 20 min, 50 min tap gətir. Haradan tapım? Mən bəstəkar adam axşamlar gedib proqramda oxuyuram”.

E. Seyidcahan deyib ki, hazırda çətin vəziyyətlə üzləşib:

“İntihara məcbur olmuşam. Bir insanı belə öldürərlər?

Xoşqədəm Hidayətqızı zəng edib ki, bir aktyor xəstədir, gəl ona "Aktyorlar" mahnısını oxu. Deyirəm, siz bilmirsiniz ki, o mahnını yazan adamın özünü diri-diri öldürürlər. Ailəmi, məni məhv edirlər. Mən “pulu ödəmirəm”,- demirəm. Ödəyəcəm, amma danışıqlara əsasən.

Bura gəlmək səbəbim odur ki, mənə yardım edilsin və 63 min manatı həmin adamlara ödəyim. Sonra bu pulu mənə verənlərin borcunu qaytarım".

E. Seyidcahan sənət dostlarına müraciətində onlardan borc pul istəyib.

Təranə Səmədova isə qarşı tərəfin şirkətinin icraçı direktoru olduğunu söyləyib.

Qeyd edək ki, E. Seyidcahanın anasına məxsus obyekti keçmiş polis əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev 11, onun qardaşı Faiq Azayev 6 il 6 ay və ataları İsif Azayev 6 il müddətinə həbs ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Onu da qeyd edək ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər