Ən yaxşı musiqiçilərin adı açıqlanıb - Siyahı
Tarix: 16-05-2022 21:33 | Bölmə: Şou-biznes
Ən yaxşı musiqiçilərin adı açıqlanıb

İlin ən yaxşı musiqiçilərinin adı açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Billboard Music Awards” məlumat yayıb.

Belə ki, müğənni Dreyk ilin “Ən yaxşı kişi reperi” elan edilib.

“Ən yaxşı ifaçı” nominasiyasında Oliviya Rodriqo qalib olub.

Qruplar arasında isə birinciliyi “BTS” qazanıb.

Meqan Zee Stalin “Ən yaxşı qadın reper”, Doja Kat əsas R&B artisti seçilib.

Rok janrında Britaniyanın “Glass Animals” qrupu qalib olub. Taylor Swift “Ən yaxşı kantri müğənnisi”, Bad Banni isə Latın Amerika sənətçiləri arasında birinciliklə mükafatlandırılıb.(Lent.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}