Elza ilə jurnalist arasında efirdə gərginlik yaranıb: "Şantaja görə heç nəyimi satmaram” - Video
Tarix: 25-05-2022 14:13 | Bölmə: Şou-biznes
Elza ilə jurnalist arasında efirdə gərginlik yaranıb: "Şantaja görə heç nəyimi satmaram”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.

Reyting.az
Oxu.az-a istinadla xəbər verir ki, hadisə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verib.

Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1 000 manat göndərdiyini bildirib.

Zülfiyyə Qurbanova isə “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” - deyə əlavə edib.

Bu sözlərdən sonra Elza ilə jurnalist arasında gərginlik yaranıb:

“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, - deyə Elza vurğulayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}