Məşhur müğənni həbs təhlükəsiylə üzləşib
Tarix: 26-05-2022 17:18 | Bölmə: Şou-biznes
Məşhur müğənni həbs təhlükəsiylə üzləşib

İspaniyanın Barselona məhkəməsi məşhur müğənni Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə İspaniyanın Kataloniya bölgəsinin Ali Məhkəməsinin press-relizində bildirilib.

Məlumata görə, 45 yaşlı müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olduğu müddətdə altı cinayət törətməkdə ittiham olunur. Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Məhkəmənin qərarında icraata başlamaq üçün “kifayət qədər əsasların” olduğu vurğulanıb.

Bildirilib ki, qərar ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı rəyə etirazına cavab olaraq qəbul olunub. İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çıxarıb/Report.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər