“Avroviziya” ilə bağlı ilkin razılaşma əldə olunub
Tarix: 03-06-2022 00:02 | Bölmə: Şou-biznes
“Avroviziya” ilə bağlı ilkin razılaşma əldə olunub

“Avroviziya 2023” mahnı müsabiqəsində iştiraka ilkin razılıq vermiş ölkələrin siyahısı yenilənib. Yarışa qatılmaq niyyətini Almaniya, Avstriya, Danimarka, Finlandiya, İspaniya, İsrail, Kipr, Monteneqro, Niderland, Polşa, San Marino, Serbiya, Ukrayna təsdiqləyib.

Müsabiqəyə Ukrayna ev sahibliyi etməlidir. Ancaq bu ölkə Rusiyanın hərbi işğalına məruz qaldığı üçün 2023-cü il yarışının başqa yerdə keçirilməsi mümkündür. Ukraynanın ev sahibliyi baş tutmasa, bu ölkələr yarışı keçirməyə istəklidir: Böyük Britaniya, İspaniya, İsveç, İtaliya, Niderland, Polşa.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Ümumilikdə 66 müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə təmsilçi 8-ci, 2009-cu ildə 3-cü, 2010-cu ildə 5-ci, 2011-ci ildə 1-ci, 2012-ci ildə 4-cü, 2013-cü ildə 2-ci, 2014-cü ildə 22-ci, 2015-ci ildə 12-ci, 2016-cı ildə 17-ci, 2017-ci ildə 14-cü, 2019-cu ildə 8-ci, 2021-ci ildə 20-ci, 2022-ci ildə 16-cı yeri tutub.(Novator.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər