“Dorn, pulları qaytar!” - Siyasiləşdirilmiş şou-konsertin gecikmiş qalmaqalı
Tarix: 05-06-2022 10:59 | Bölmə: Şou-biznes
“Dorn, pulları qaytar!” - Siyasiləşdirilmiş şou-konsertin gecikmiş qalmaqalı
İvan Dorn

...Hər şey ukraynalı müğənni İvan Dornun yeni il qabağı Moskvada təşkil edilmiş konsertindən sonra başlayıb. Təkilatçılara və icraçılara yaxşı gəlir vəd edən şou-tamaşanın prodüsseri Olesya Sazıkina deyir ki, “bayram müştərisinin” şıltaq istəkləri sonda gətirib qalmaqala çıxarıb.

İvan əvvəlcə bayram nömrəsi ilə çıxış edəcək səhnəni Ukrayna bayrağının rənglərinə boyanmış şarlarla bəzədilməsini tələb edib. Şou-konsertin gedişində isə prezident Zelenskinin ukraynalılara bayram təbrikinə qulaq asmaq imkanının yaradılmasını istəyib.



...Oteldə bayram şənliyinə təşrif buyuranlar üçün bir masanın qiyməti 150 min rubldan başlayıb. Buraya toplaşan melomanların qarşısına çıxan Dorn düz iyirmi dəqiqə mahnı ifa etməyib, sadəcə şeir söyləyib. Bu səbəbdən tamaşaçı-müştərilərin bəziləri zalı tərk ediblər. Milad bayramından iki həftə sonra isə müğənninin menecerləri “yaradılmış dözülməz şəraitə” görə şounun təşkilatçılarından əlavə ödəniş tələb ediblər.



Qalmaqala Sazıkinanın şərhi: “Onlar şarların səhnədən asılması forması, podiuma dəsmalın qoyulmaması, müğənniyə lazımi diqqətin göstərilməməsi kimi “sübut və dəlilləri” irəli sürürlər. İndi isə Dorn özünün Ukraynasında oturub, bizim xalqımızı söyməklə məşğuldur. Əgər iş bu həddə çatıbsa, İvan, zəhmət olmasa, burda qazandığın pulları geri qaytar!”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər