Aktrisa keçmiş prezidentlə ailə qurub
Tarix: 08-06-2022 15:32 | Bölmə: Şou-biznes
Aktrisa keçmiş prezidentlə ailə qurub

Fransanın sabiq prezidenti Fransua Olland sevgilisi, aktrisa və film prodüseri Jüli Qaye ilə evlənib.

Reyting.az
xəbər verir ki, bu barədə “La Montagne” qəzeti yazıb.

Nikah mərasiminin gizli şəkildə olduğu bildirilir.

Mərasim şənbə günü Korrez şəhərindəki Tulle meriyasında keçirilib və cütlük mərasimə qonaq dəvət etməyib.

Qeyd edək ki, 67 yaşlı Fransuanın Segolen Royalla olan vətəndaş nikahından 4 övladı var. Bu, onun ilk rəsmi nikahıdır. 50 yaşlı Jülinin isə əvvəlki evliliyindən iki oğlu var.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər