Xalq artistini erotik videolarla şantaj edirlər
Tarix: 01-07-2022 17:07 | Bölmə: Şou-biznes
Xalq artistini erotik videolarla şantaj edirlər

Xalq artisti Kazım Abdullayev şantaja məruz qalıb.

Aktyor sosial şəbəkə hesabında yazıb ki, erotik videolarla şantaj olunur.

K. Abdullayev bildirib ki, son vaxtlar onu erotik videolarla şantaj edib, pul istəyirlər: “Bu nə mənim yaşıma, nə də statusuma yaraşan işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görədə mən feysbuk, mesencer, vatsap hesablarımı bağlayıram".

Xalq artisti paylaşımında ona yardım etməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.






Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər