“Avroviziya 2023”ə 20 ölkə razılıq verib - Siyahı
Tarix: 05-07-2022 18:02 | Bölmə: Şou-biznes
“Avroviziya 2023”ə 20 ölkə razılıq verib

İyulun 5-nə olan hesabata görə, 20 ölkə “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka ilkin razılıq verib.

Reyting.az
xəbər verir ki, razılıq verən ölkələr aşağıdakılardır:

Albaniya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, İspaniya, İsrail, İsveç, İtaliya, Kipr, Niderland, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Yarışa Böyük Britaniyanın ev sahibliyi etməsi gözlənir.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.(Novator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}