Rusiyalı müğənnini Türkiyədə qarət ediblər
Tarix: 06-09-2022 15:18 | Bölmə: Şou-biznes
Rusiyalı müğənnini Türkiyədə qarət ediblər

Rusiyalı müğənni Maşa Rasputina Türkiyədə alış-veriş edərkən qarət olunub.

Reyting.az
xəbər verir ki, ifaçı elit mağazaların birində seçdiyi libasları geyinmək üçün paltardəyişmə otağına keçərkən içərisində sənədlər, kartlar və pul olan çantasını salondakı stolun üstünə qoyub. O, daha sonra pul kisəsinin oğurlandığının fərqinə varıb.

O, mağaza müdirini çağırsa da, oğrunu tapmaq mümkün olmayıb. Rasputina bank vasitəsi ilə kartlarını bloklayıb və polisə müraciət edib. Həmçinin mağazanın qapısına çantada olan sənədlərin geri qaytarılması tələbi ilə elan asılıb.

Qeyd edək ki, hadisə ifaçının Türkiyədən Rusiyaya qayıtmasına bir gün qalmış baş verib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər